Estoniyanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb

Estoniyanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb
17:07 10 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Estoniya parlamentində ölkə tarixində ilk qadın prezident olan Kersti Kalyulaydın təntənəli andiçmə mərasimi keçirilib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, and işdikdən sonra rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
Dövlət başçısı postunu tərk edən Toomas Hendrik İlves K.Kalyulayda prezident nişanını - qızıl ulduzlu döş zəncirinı təqdim edib.
Xatırladaq ki, K.Kalyulayd oktyabrın 3-də parlamentin deputatları tərəfindən prezident seçilib. 101 deputatdan 81-i onun lehinə səs verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR