Azərbaycanlı rejissoru Türkiyəyə çağırdılar - SERİAL ÇƏKƏCƏK - ÖZƏL

Azərbaycanlı rejissoru Türkiyəyə çağırdılar - SERİAL ÇƏKƏCƏK - ÖZƏL
17:18 10 Oktyabr 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış rejissor Rövşən İsax Türkiyəyə dəvət olunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, rejissorun qardaş ölkədə müştərək serial çəkəcəyi, həmin serialda məşhur türk aktyor və aktrisaların rol alacağı bildirilir. Təklifin rejissorun “Aktrisa” bədii filmini bəyənən türk prodüserləri tərəfindən gəldiyi deyilir.

Publika.az-a açıqlama verən R.İsaxın cavabı belə oldu:

“Türkiyədən belə bir təklif almışam. Amma Azərbaycanda “Vicdan haqqı” serialını çəkdiyim üçün onlara da cavabım belə oldu ki, serial çəkilişi başa çatsın, sonra. Əgər təklifə razılaşsam, yəqin ki, böyük bir layihə olacaq. Təklif reallaşacağı təqdirdə bu barədə ətraflı danışacam”.

Rejissor reallaşacağı təqdirdə bu layihədə Türkiyənin tanınmış aktyorlarının da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, R.İsax “Aktrisa”, “Kiçik leytenant” bədii filmləri, eləcə də “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Vicdan haqqı” seriallarının ssenari müəllifi və rejissorudur.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR