14 dəfə bıçaqlandıqdan sonra basdırılan 7 aylıq körpə sağ qaldı - FOTO

14 dəfə bıçaqlandıqdan sonra basdırılan 7 aylıq körpə sağ qaldı - FOTO
17:22 10 Oktyabr 2016
204 Dünya
Ölkə mətbuatı
A- A+

Tailandda tükürpədici cinayət hadisəsi qeydə alınıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, hələ 7 aylıq olan körpə 14 dəfə bıçaqlandıqdan sonra torpağa basdırılıb. Bədənindəki qorxunc bıçaq izləri və torpağa basdırılmasına rəğmən uşaq sağ qalmağı bacarıb.

Bir evkalipt ağacının dibinə basdırılan 7 aylıq körpəni çobanlıq edən Kaçit Kronqyut adlı qadın tapıb.

Torpağın tərpəndiyini hiss edən qadın, öncə kiminsə hansısa bir heyvanı basdırdığını düşünsə də, torpağın altından körpə ayağının çıxdığını görüncə əlləriylə oranı qazmağa başlayıb. Qadının dərhal xəstəxanaya çatdırdığı körpə 14 bıçaq zərbəsi almasına baxmayaraq həkimlərin səyi nəticəsində sağlamlığına qovuşub.

Həkimlər zavallı körpənin torpağa basdırılmazdan əvvəl qəddarlıqla bıçaqlandığını söyləyiblər.

Artıq körpənin isveçli bir cütlük tərəfindən övladlığa götürüldüyü deyilir.

Təhməz Təkin

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR