Əhali 21 milyard manatlıq alış-veriş etdi

Əhali 21 milyard manatlıq alış-veriş etdi
17:43 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yanvar-sentyabr aylarında istehlakçılara 21,1 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox məhsul satılıb.

Publika.az xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,1 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,9 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR