OPEC-i əvəz edən yeni alyans yaradılır

OPEC-i əvəz edən yeni alyans yaradılır
18:02 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Venesuelanın Prezidenti Nikolas Maduro neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib. 
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 9-13-də İstanbulda (Türkiyə) keçirilən XXIII Beynəlxalq Energetika Forumunda bildirilib ki, yeni alyansın OPEC-dən daha çox ölkəni əhatə edəcəyi gözlənilir. 
Venesuela prezidenti mövzu ilə əlaqədar hasilatçı ölkələrin oktyabrın 12-də toplanacağını bildirib. Maduro həmçinin OPEC üzvü olan ölkələrin bu görüş zamanı hasilatı azaltmaq barədə razılığa gələcəklərini gözlədiyini qeyd edib.
Qeyd edək ki, bu xəbər "Brent" markalı neftin qiymətini 53 dollar/barelə yüksəldib. Xatırladaq ki, bir neçə saat əvvəl Rusiya prezidenti V.Putin neft hasilatını azalda biləcəklərini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/opec-i-evez-eden-yeni-alyans-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR