İstehsal səhvinə görə partlayan “Galaxy Note 7” telefonları öncə geri çağırılmış, texniki problem aradan qaldırıldıqdan sonra Yaponiyada yenidən istehsala buraxılmışdı.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan testlər bu smartfonların özünü doğrultmadığını üzə çıxarıb.
Nəticədə, “Samsung” şirkəti “Galaxy Note 7” telefonlarının istehsalını dayandırıb.
Qeyd edək ki, bu smartfonlar bəzi ölkələrdə “təhlükəli maddələr” siyahısına daxil edilmiş, hətta təyyarələrdə istifadsinə qadağa qoyulmuşdu.