Zolaqla dayanacaq arasında təxminən 1 metr məsafə var.

Belə olduqda avtobuslar dayancaqda saxlayanda ya qismən, ya da tamamilə zolağı bağlayırlar.

Piyadalar da məcbur olub yolun hərəkət hissəsinə çıxırlar. Görüntülər Xətai rayonu Gəncə prospektində lentə alınıb

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məsələni şərh edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qanunvericilikdə piyada keçidinin dayanacaqdan hansı məsafədə olması ilə bağlı hansısa bir standart yoxdur. Amma piyada keçidi qoyularkən piyadaların rahat hərəkəti üçün zolağın bir qədər aralıda yerləşdirilməsi nəzərə alınmalı idi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, problemin aradan qaldırılması üçün ərazi nəzarətə götürüləcək və müvafiq tapşırıqlar veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yolda uyğunsuzluq - Zolaqla dayanacaq arasında 1 metr məsafə var - VİDEOYolda uyğunsuzluq - Zolaqla dayanacaq arasında 1 metr məsafə var