Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb
Paylaş
185 baxış·1 dəq oxu
Bakı. 11 oktyabr. REPORT.AZ/ Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb. "Report"un gürcü mediasına istinadən verdiyi xəbərə görə, xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibəti ilə hazırlanıb. Xəritəni coğrafiyaşünas Giorgi Balaxadze hazırlayıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 km-dir.