MSK bəzi məntəqələrin nəticələrini ləğv edib

MSK bəzi məntəqələrin nəticələrini ləğv edib
16:52 11 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar daxil olan məlumatlar araşdırılıb.
“Report”un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, səsvermə günü bəzi seçki məntəqələrindəki veb-kameralarda görüntülənən qayda pozuntuları ilə bağlı araşdırmalar aparılıb.
A.Muxtarova qeyd edib ki, həmin məntəqələrin nəticələri ləğv edilməli və seçki komissiyaları buraxılmalıdır. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR