“NATO-nun əsəbi” Qarabağda - ilin sonunda yeni müharibəyə hazırlıq

“NATO-nun əsəbi” Qarabağda - ilin sonunda yeni müharibəyə hazırlıq
17:03 11 Oktyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Dağlıq Qarabağda təmas xəttini möhkəmləndirir, həmçinin, ərazidə C4ISR müdafiə sistemləri qurur.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ-ın “The National İnterest” nəşrində yayımlanan “Qarabağda yeni müharibəyə hazırlıq” adlı məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, yeni sistem rəqibin qəfil hücumunun qarşısını əhəmiyyətli dərəcədə almasına və qoşunların hazırlaşmasına imkan yaradacaq.

Bununla yanaşı, Ermənistan tərəfi yeni müharibənin bu ilin sonuna kimi ola biləcəyini ehtimal edir.

C4ISR sistemi texniki cəhətdən üç seqmentə bölünür:

- kəşfiyyatın müşahidə vasitələrinin seqmenti,
- vasitə və əlaqə sistemlərinin seqmenti,
- S2 (Command and Control – qoşunların idarə olunması prosesi və silahlanma) idarə sistemlərinin seqmenti.


C4ISR sistemi NATO əməliyyatlarında əlaqələndirici elementdir. Buna “NATO-nun əsəbi” də deyirlər. Bu sistemin hazırlanmasına Almaniya, Böyük Britaniya və Fransa liderlik edir. İtaliya, İspaniya, Hollandiya, Norveç, İsveç kimi ölkələr də bu sistemi istehsal edirlər.

Ermənistanın bu sistemləri haradan və necə aldığı, həmçinin, nə qədər olduğu məlum deyil.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR