Üzərində xırda lampalar olsa da, heç biri yanmır - VİDEO

Üzərində xırda lampalar olsa da, heç biri yanmır - VİDEO
21:27 11 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtdaki yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb. Bundan əlavə də nişanların üzərinə xırda lampalar yerləşdirilib. Lakin həmin nişanların bəzilərinin üzərindəki işıqlar yanmır. Bu da həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, üzərində xırda lampalar olsa da, heç biri yanmır.

Paytaxtdakı yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb, üzərinə isə xırda lampalar yerləşdirilib. Məqsəd günün qaranlıq saatlarında nişanın sürücülər və piyadalar tərəfindən daha aydın görünməsini təmin etməkdir. Lakin bəzi nişanların üzərindəki işıqlar yanmır.

Nişanların aydın görünməməsi əsasən sürücülərin işini çətinləşdirir. Hətta qəza şəraitinin yaranmasına da səbəb olur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, həmin nişanlar işığı əksetdirmə qabiliyyətinə malikdir. Bu səbəbdən də üzərindəki lampalar yanmasa da, ciddi problem yarada bilməz. Bununla belə, həmin nişanların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR