Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, sözügedən kitabda Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna da yer verilib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın müəllifi olduğu “ATƏT-in vasitəçilik təşəbbüslərinin panoraması: Dağlıq Qarabağ münaqişəsi” adlı məqaləsi, həmçinin bir sıra italyan tədqiqatçıların da mövzu ilə bağlı məqalələri dərc edilib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəsinin keçdiyi müstəqillik yolundan danışıb, diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunan sənədlər və münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə məlumat verib.

