"Təsəvvür etməzdim ki, video bu qədər yayılacaq" - Tünzalə

"Təsəvvür etməzdim ki, video bu qədər yayılacaq" -  Tünzalə
15:41 12 Oktyabr 2016
75 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva "ARB Ulduz"da yayımlanan “Şou məkan” verilişinə yeni layihələrindən danışıb. 

Axşam.az-ın məlumatına görə, müğənni uzun müddətdir ürəyində olan arzusunu reallaşdıracağını deyib:

“Çox ciddi bir əsər üzərində işləyirəm. Böyük şairimiz Ramiz Rövşənin şeirinə müraciət etmişəm. Əslində, Ramiz müəllimin şeirlərinə bir çox mahnılarım var. Ancaq həmin mahnıları gün üzünə çıxarmamışam. Yalçının (prodüseri Yalçın Cabbarov - red.) bir yaxşı sözü var, deyir, “Tünzalə, yazmağı dayandır. Bir ömür bəs etməyəcək.

"Güzgü" adlı bir mahnı çıxacaq, lirikadır. Musiqisi mənə aid olacaq. Emin Kərimovla aranjiman üzərində çalışıram. Elə mahnılar var ki, onlara mütləq klip çəkiməlidir. İstəyirəm "Güzgü"yə klip çəkdirim".

T.Ağayeva həmkarı Eyyub Yaqubovdan da söz açıb:

"Eyyub yanımda olanda ondan güclü musiqi impulsu alıram. Konsertlərdən birində duet oxuduq. İnsanlar bizim duetimizdən zövq aldılar. Orada oxumağımızı videoya çəkdilər, təsəvvürümə gətirməzdim ki, bu qədər yayılacaq. Mənə yazırlar ki, “Tünzalə xanım, Eyyubla konsert verin”. Eyyubun öz dünyası var, mənim öz dünyam. Bu sıradan bir konsert ola bilməz. Ciddi bir layihə etməliyik".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR