"Azericard" Prosesinq Mərkəzi fəaliyyətini müvəqqəti dayandırır
Paylaş
52 baxış·1 dəq oxu
Bakı. 13 oktyabr. REPORT.AZ/ Sistemdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq "Azericard" Prosesinq Mərkəzinin fəaliyyəti oktyabrın 13-dən 14-nə keçən gecə, saat 01:00-dan 06:00-dək dayandırılacaq. "Report" bu barədə bankların müştərilərə xəbərdarlığına istinadən xəbər verir. Qeyd olunan vaxt ərzində plastik kartlar üzrə əməliyyatlar onlayn rejimdə həyata keçirilməyəcək.