Oktyabrın 17-dən "Bank Standard"dakı bütün qorunan əmanətlərə görə kompensasiya veriləcək

Oktyabrın 17-dən "Bank Standard"dakı bütün qorunan əmanətlərə görə kompensasiya veriləcək
14:42 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin bütün qorunan əmanətçiləri oktyabrın 17-dən kompensasiya ala biləcəklər. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumata görə, həmin tarixdən məbləğindən asılı olmayaraq bütün əmanətlərə görə kompensasiya ödəniləcək.
Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ilk öncə 20 min ABŞ dollarına qədər əmanətlərə görə kompensasiya ödəyib. Bu gündən isə limit 50 min dollara qaldırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR