Bakıda PPX avtomobili qəzaya uğrayıb

Bakıda PPX avtomobili qəzaya uğrayıb
17:37 13 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda polis idarəsinin avtomobili qəzaya uğrayıb.
"Report" un məlumatına görə, hadisə Yasamal rayonu, Mətbuat prospektində baş verib.
Belə ki, "Hyundai" markalı avtomobil yüksək sürətlə gələrkən idarəetməni itirib. Bu zaman həmin maşın Yasamal Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı PPX-yə məxsus avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanıbmış.
Hər iki minik vasitəsinə ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR