İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb
19:37 13 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 13 oktyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Aran bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR