Türkiyədə uşaqlara daha çox hansı adlar verilir?

Türkiyədə uşaqlara daha çox hansı adlar verilir?
21:52 13 Oktyabr 2016
297 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ötən il doğulan körpələrə ən çox hansı adların verildiyi açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Türkiyə Statistika Komitəsi oğlan uşaqlarına daha çox Yusif, Eymən, Mustafa, Ömər və Berat, qızlara isə Zeynəb, Elif, Hiranur, Miray, Ecrin qoyulduğunu bildirib.
Türkiyənin ayrı-ayrı şəhərlərində uşaqlara daha çox verilən adların siyahısında dəyişiklik olub.
İstanbul şəhərində uşaqlara ən çox verilən adlar Yusif, Eymən, Ömər, Miraç, Ayaz qızlarda isə Zeynəp, Elif, Hiranur, Miray və Dəfnə olub.
Ankara şəhərində isə ilk beşlikdə Eymən, Yusif, Çınar, Miraç, Kərəm, qızlarda Zeynəb, Elif, Miray, Dəfnə və Hiranur olub.
İzmir şəhərində oğlanlara daha çox Ayaz, Eymən, Yusif, Çınar, Poyraz, qızlara Elif, Zeynəb, Dəfnə, Eylül, Öykü kimi adlar verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR