"Azercell" şirkəti "Premium Müştəri Xidmətləri"ni təqdim edib

"Azercell" şirkəti "Premium Müştəri Xidmətləri"ni təqdim edib
19:52 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti özəl abunəçiləri üçün “Premium Müştəri Xidmətləri” yaradıb.
Şirkətdən “Report”a bildirilib ki, ötən gün "Azercell" yaradılan yeni xidmətin təqdimat mərasimini keçirib.
Artıq oktyabr ayından etibarən bir qrup sadiq və şirkət xidmətlərindən daha çox yararlanan aktiv abunəçilərə “Premium Müştəri Xidmətləri” göstərilir. Bu qrupa daxil edilən hər bir fərdi abunəçi üçün müştəri xidmətlərində xüsusi kurator təyin edilib.
“Premium Müştəri Xidmətləri”nin bir çox üstünlükləri var. Onlardan biri, bu qrup çərçivəsində “Premium” abunəçilərə müxtəlif istisna xidmətlərinin göstərilməsidir. Belə ki, hər bir “Premium” abunəçi şəxsi kuratoru ilə fərdi şəkildə onu maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu zaman nömrə sahibinə mobil cihazla əlaqədar texiniki dəstək verilir, yaranan hansısa çətinliklər prioritet formada dərhal həll edilir.
Bundan əlavə, “Premium” müştərilər üçün xüsusi kampaniyalar da təşkil edilir. Bu abunəçilərin Avropaya etdiyi zənglər və rouminqdə olarkən danışıqlarına görə 15% endirim nəzərdə tutulub. “Azercell” tərəfindən özəl müştəriləri üçün xüsusi “Ad günü” kampaniyası da nəzərdə tutulub.
Qeyd edək ki, “Premium” müştəri siyahısına "Azercell"in “Hədsiz” tarifi sahibləri, 5 il ərzində aktiv olan abunəçilər və son ardıcıl 6 fakturası 100 manatdan artıq olan faktura, həmçinin “SimSim” abunəçiləri aiddir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR