Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
23:12 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Fransız aktyor, rejissor, ssenarist, komediyaçı və karikaturaçı Pyer Eteks 87 yaşında dünyasını dəyişib.

"Qafqazinfo"nun "Life.ru"ya istinadən verdiyi məlumata görə, aktyorun qızı bildirib ki, atası xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.

Qeyd edək ki, Pyer Eteks "Mənim əmim" filminə görə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb. Bir çox filmlərdə çəkilən Eteks 2016-cı ildə Fransada gürcü rejissor Otar İoselianinin lentə aldığı "Qış nəğməsi" adlı filmdə rol alıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR