Nigeriya prezidenti: "Arvadımın yeri mətbəxdir" - VİDEO - FOTO

Nigeriya prezidenti: "Arvadımın yeri mətbəxdir" - VİDEO - FOTO
12:37 15 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya prezidenti Məhəmmədu Buharinin həyat yoldaşı Ayşə Buhari BBC-ə müsahibəsində demişdi ki, əri hökumətdə dəyişikliklər etməsə, növbəti seçkilərdə ona dəstək göstərməyəcək.

Milli.Az CBS-yə istinadən bildirir ki, A.Buhari daha sonra söyləyib: "Ərimin təyin etdiyi bir çox yüksək rütbəli rəsmini tanımıram. Hökumət qarət edilib və prezidentin təyinatlarını az adam dəstəkləyir. Prezident təyin olunan şəxslərin, misal üçün, 50-dən 45-i tanımır və 27 ildir ki, onun xanımı olmağıma rəğmən mən də onları tanımıram. Bəzi insanlar evlərində qollarını qatlayaraq hansısa quruma və ya nazirliyə rəhbərlik etmək üçün dəvət olunacaqlarını gözləyirlər".

Birinci xanımın narahatlığını açıq şəkildə bildirməsi bir çox adamı təəccübləndirsə də, bu, prezidentin hakimiyyətindəki narazılğı nümayiş etdirir.

Prezident özünün innauqurasiya mərasimində bildirmişdi ki, o, "kiməsə deyil, hər kəsə məxsusdur".

Prezident Buhari 2019-cu ildə keçiriləcək prezident seçkilərində xanımının dəstəyindən məhrum ola bilər.

Hakimiyyəti bu cür ələ keçirmiş insanların adlarını çəkməyə gəlincə o, imtina edərək deyib: "Televiziyanı izləsəniz, onları tanıyacaqsınız".

Nigeriya prezidenti Məhəmmədu Buharinin cavabı sərt olub.

"Arvadımın hansı partiyaya mənsub olduğunu bilmirəm. Amma onun yeri mətbəxdə, qonaq otağında və daha bir otaqdadır", - Buhari Almaniyaya rəsmi səfəri əsnasında deyib.

M.Buharinin yanında durmuş Almaniyanın baş naziri Angela Merkel bu sözləri eşidəndə gülüb.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR