Serenadan üzücü xəbər

Serenadan üzücü xəbər
14:52 17 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Qadın tennisçilərin reytinqində 2-ci olan Serena Uilyams zədə səbəbindən WTA (Qadın Tennisçilər Birliyi) finallarında iştirak etməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurumun sosial media hesablarında yer alan açıqlamasında, Uilyams 20-30 oktyabr tarixlərində Sinqapurda təşkil olunacaq turniri buraxacağını açıqlayıb. Karyerası ərzində 71 dəfə çempionluq yaşayan 35 yaşlı tennisçi 5 dəfə qalib olduğu turnirlə bağlı bunları deyib: "Dünyanın ən yaxşı tennisçilərinə qarşı Sinqapurda oynamağa çox can atdım. Ancaq çiynimdən əməliyyat keçirməli olduğumu və bir müddət kortlardan uzaq qalacağımı öyrəndim".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR