Ən çox araşdırmaya məruz qalan 100 TARİXİ ŞƏXSİYYƏT - SİYAHI

Ən çox araşdırmaya məruz qalan 100 TARİXİ ŞƏXSİYYƏT - SİYAHI
15:13 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Vikipediyada olan məlumatlara əsasən onlar haqlarında ən çox kitab yazılan insanlardır. Siyahıda 21 alman, 13 amerikalı, 7 çinli, 5 rus şəxsiyyət var. Türklərdən isə yalnız Mustafa Kamal Atatürk “100-lüy”ə düşüb.

Publika.az həmin siyahını təqdim edir:

1. Karl Marks (1818-1883), alman filosof - 3180 əsər

2. İmmanuel Kant (1724-1804), alman filosof, Neo-klassik alman fəlsəfəsinin banisi - 2005 əsər

3. Vladimir İliç Lenin (1870-1924), rus inqilabçı və dövlət adamı. “Oktyabr inqilabı”nın lideri və SSRİ-nin qurucusu - 1970 əsər

4. Avraam Linkoln (1809-1865), ABŞ prezidenti – 1933 əsər

5. Adolf Hitler (1889-1945), alman dictator, Faşist Almaniyasının qurucusu – 1773 əsər

6. Fridrix Hegel (1770-1831), alman filosof – 1654 əsər

7. Siqmund Froyd (1856-1939), avstriyalı psixoloq – 1537 əsər

8. Mahatma Qandi (1869-1948), Hind azadlıq döyüşçüsü və dövlət adamı – 1487 əsər

9. Fridrixh Nitşe (1844-1900), alman filosof - 1468 əsər

10. Martin Luter (1483-1546), alman din adamı və islahatçı – 1390 əsər

11. Tomas Akinas (1225? -1274), italyan filosof və teoloq – 1382 əsər

12. Martin Heydegger (1889-1976), alman filosof – 1300 əsər

13. Platon (e.ə. 427 - e.ə. 347), yunan filosof – 1263 əsər

14. Aristotel (e.ə. 384 - e.ə. 322), yunan filosof – 1227 əsər

15. Mao Zedung (1893-1976), çinli dövlət adamı, Çin inqilabının lideri və Çin Xalq Respublikasının qurucusu - 115 əsər

16. Corc Vaşinqton (1732-1799), ABŞ prezidenti - 1124 əsər

17. İosif Stalin (1879-1953), Sovet Sosialist Respublikaları İttifaqının lideri – 1108 əsər

18. Xristofor Kolumb (1451?-1506) – ispan səyyahı – 1092 əsər

19. Napoleon Bonapart (1769-1821) – fransız sərkərdə və imperator – 1002 əsər

20. Franklin Ruzvelt (1882-1945), ABŞ prezidenti – 988 əsər

21. Avqustin (354-430), teoloq və filosof – 950 əsər

22. Riçard Vaqner (1818-1883), alman bəstəkar – 840 əsər

23. Karl Qustav Yunq (1875-1961), isveçrəli psixoloq – 826 əsər

24. Volfqanq Amadey Mosart (1756-1791), avstriyalı bəstəkar – 759 əsər

25. Yohann Volfqanq Höte (1749-1832), alman ədəbiyyatçı və yazar – 758 əsər

26. Tomas Cefferson (1743-1826), ABŞ prezidenti – 755 əsər

27. Rene Dekart (1596-1650), fransız filosof – 755 əsər

28 Jan-Jak Russo (1712-1778), fransız filosof və yazıçı – 735 əsər

29. Benjamin Franklin (1706-1790), amerikalı elm adamı və siyasətçi – 709 əsər

30. Teodor Ruzvelt (1858-1919), 26-cı ABŞ prezidenti – 708 əsər

31. Lüdviq Uittqenştayn (1889-1951), Avstriya və İngiltərə filosofu – 694 əsər

32. Lüdviq van Bethoven (1770-1827), alman bəstəkar – 689 əsər

33. Lev Tolstoy (1828-1910), rus yazar - 681 əsər

34. Sören Kirkeqaard (1813-1855), danimarkalı filosof və teoloq – 679 əsər

35. Edmund Husserl (1859-1938), alman filosof – 659 əsər

36. Vudro Vilson (1856-1924), 28-ci ABŞ prezidenti – 641 əsər

37. Sokrat (e.ə. 469 - e.ə. 399), yunan filosof – 601 əsər

38. Yohann Sebastyan Bax (1685-1750), alman bəstəkar – 599 əsər

39. Şarl de Qoll (1890-1970), fransız əsgər və dövlət adamı – 594 əsər.

40 Fridrix Engels (1820-1895), alman filosof – 584 əsər

41. Con F. Kennedi (1917-1963), 35-ci ABŞ prezidenti – 572 əsər

42. Benedikt Spinoza (1632-1677), hollandiyalı filosof – 568 əsər

43. Albert Eynşteyn (1879-1955), alman fizik – 553 əsər

44. Maks Veber (1864-1920), alman filosof – 546 əsər

45. Leonardo da Vinçi (1452-1519), italyan alim və rəssam – 536 əsər

46. ​​Uinston Çörçill (1874-1965), ingilis siyasətçi – 533 əsər

47. Pablo Pikasso (1882-1973), ispan rəssam – 513 əsər

48. II. Yohan Pavel (1920-2005), katolik dini lider – 507 əsər

49. İsa (e.ə. 7-2 - M.Ş. 30-33), peyğəmbər – 500 əsər

50. Karl Bart (1886-1968), isveçrəli teoloq – 492 əsər

51. Rabindranat Taqor (1861-1941), hind yazar – 488 əsər

52. Jan Kalvin (1509-1564), fransız din adamı və islahatçı – 483 əsər

53. Jan-Pol Sartre (1905-1980), fransız filosof və yazıçı – 479 əsər

54. Çarlz Darvin (1809-1882), ingilis bioloq və alim – 468 əsər

55. Mikelancelo (1475-1564), italyan rəssam, heykəltəraş və memar – 465 əsər

56. Uilyam Şekspir (1564-1616), ingilis şair, dramaturq – 454 əsər

57. Rembrandt (1606-1669), hollandiyalı rəssam – 452 əsər

58. Aleksandr Puşkin (1799-1837), rus şair və yazar – 443 əsər

59. Qotfrid Leybnis (1646-1716), alman filosof və elm adamı – 442 əsər

60. Frederik Şopen (1810-1849), polyak pianoçu və bəstəkar – 441 əsər

61. Den Syaopin (1904-1997), çinli siyasətçi – 440 əsər

62. David Hume (1711-1776), şotland filosof və iqtisadçı – 436 əsər

63. Pyer Teyyar Şarden (1881-1955), fransız elm adamı – 435 əsər

64. Fyodor Dostoyevski (1821-1881), rus yazar – 431 əsər

65. Dante (1265-1321), italyan yazar – 427 əsər

66. Jan Piaje (1896-1980), İsveçrəli psixoloq – 420 əsər

67. Budda Şakyamuni (e.ə. 563 - e.ə. 483?), Dini lider, Buddizmin qurucusu – 411 əsər

68. Con Dyui (1859-1952), amerikalı filosof – 387 əsər

69. Ronald Reyqan (1911-2004), ABŞ prezidenti – 383 əsər

70. Paskal (1623-1662), fransız alim və filosof – 381 əsər

71. Mustafa Kamal Atatürk (1881-1938), Türkiyə Respublikasının qurucusu, siyasətçi – 379 əsər

72. Nikkolo Makkiavelli (1469-1527), italyan filosof – 372 əsər

73. Jak Lakan (1901-1981), fransız psixoloq – 365 əsər

74. Maksim Qorki (1868-1936), rus yazar – 365 əsər

75. Duayt Eyzenhauer (1890-1969), ABŞ prezidenti – 359 əsər

76. Volter (1694-1778), fransız yazar və filosof – 359 əsər

77. Mişel Fuko (1926-1984), fransız filosof – 350 əsər

78. Antonio Qramski (1891-1937), italyan filosof və siyasətçi – 344 əsər

79. Con Loke (1632-1704), ingilis filosof – 343 əsər

80. Henri Berqson (1859-1941), fransız filosof – 341 əsər

81. Konfutsi (e.ə. 551 - e.ə. 479), çinli filosof – 335 əsər

82. Qalileo Qaliley (1564-1642), italyan elm adamı – 332 əsər

83. Tomas Hobbes (1588-1679), ingilis filosof – 330 əsər

84. Fransisko Qoya (1746-1828), ispan rəssam – 328 əsər

85. Sri Aurobindo (1872-1950), hind filosof – 320 əsər

86. Corc Buş (d. 1946), ABŞ prezidenti – 312 əsər

87. Yürgen Habermas (d. 1929), alman filosof – 308 əsər

88. Viktor Hüqo (1802-1885), fransız yazar – 307 əsər

89. Mixail Qorbaçov (d. 1931), SSRİ dövlət başçısı – 306 əsər

90. Makedoniyalı İskəndər (e.ə. 356 - e.ə. 323), makedon imperator – 303 əsər

91. Yohann Qottlib Fixte (1762-1814), alman filosof – 295 əsər

92. Uolt Vaytman (1819-1892), amerikalı şair – 294 əsər

93. Çe Qevara (1928-1967), argentinalı inqilabçı – 294 əsər

94. Jak Derrida (1930-2004), fransız filosof – 291 əsər

95. Artur Şopenhauer (1788-1860), alman filosof – 289 əsər

96. Desiderius Erasmus (1469-1536), hollandiyalı filosof – 287 əsər

97. Fridrix Şiller (1759-1805), alman yazar - 277 əsər

98. Benedetto Kroke (1866-1952), italyan filosof - 275 əsər

99. Onore de Balzak (1799-1850), fransız yazar - 271 əsər

100. Fridrix Şellinq (1775-1854), alman filosof – 270 əsər.

Dilrubə Vaqifzadə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR