İspaniyanın "Barselona" klubu Xavyer Maskerano ilə müqavilə müddətini uzadıb. Fanat.Az xəbər verir ki, argentinalı müdafiəçi 2019-cu ilin iyulunadək Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.
32 yaşlı futbolçu ilə müqavilənin imzalanma mərasimi bu gün keçirilib.
Qeyd edək ki, 2010-cu ildən "Barselona"da çıxış edən Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaqdı.
Fanat.Az