Məşhur yazarın gizli eşq macərası: Ərli qadın üçün dizin-dizin sürünən dəli aşiq - FOTO

Məşhur yazarın gizli eşq macərası: Ərli qadın üçün dizin-dizin sürünən dəli aşiq - FOTO
23:42 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur yazarın gizli eşq macərası: Ərli qadın üçün dizin-dizin sürünən dəli aşiq

"Çünki mən ancaq qadın boynumdan dikdabanla keçib, üzümü çirkaba batıranda həzz alıram..."

1843-cü ildə 25 yaşlı İvan Turgenev gündəliyinə başına gələcəklərdən xəbərsiz bu kəlmələri yazır: "Palina ilə görüş" və yanında bir xaç işarəsi çəkir. O, haradan biləydi ki, bu görüş onun həyatını alt-üst edəcək.

Milli.Az publika.az-a istinadən İvan Turgenev haqqında yazını təqdim edir.

Qadın çox kifir üz cizgilərinə və yöndəmsiz əndama sahib idi. Rəssam İlya Repin onun haqqında belə deyirdi: "Onun gözləri o qədər qabarıqdır ki, insan üzünə belə, baxmaqdan çəkinir". Buna baxmayaraq o, insanları cəlb edəcək ağla, savada və cazibəyə sahib idi.
Palina Viardo adlı bu qadın İtaliya opera heyəti ilə birlikdə Peterburq səfəri zamanı hər kəsi öz səsi ilə valeh etmişdi.

İlk görüş

Onun iri üz cizgiləri və görkəmsiz bədən quruluşu yalnız səhnəyə çıxdığı ilk dəqiqlərdə diqqət çəkirdi. Elə ki, opera müğənnisi oxumağa başlayırdı, hər kəs onun səsinin əsirinə çevrilirdi.
"Onu gördüyüm andan bütünlüyümlə ona aid oldum, necə ki, it öz sahibinə aid olur. Mən artıq onun yaşamadığı yerdə yaşaya bilmirdim: mənə doğma olan hər şeydən uzaqlaşdım, onun söhbətinə qulaq asmaqdan və yerişinə baxmaqdan doya bilmirdim, onunla nəfəs alırdım", - deyə Turgenev Viardoya olan hisslərini belə ifadə edirdi.
Palina ilə Turgenevin yaxınlaşmasında onun əri Lui Verdonun təsiri olub. İtaliyada gənc istedadlara Rusiyadakı kimi önəm verilmirdi. Ona görə məşhurlaşmaq istəyən, pul dalınca qaçan gənc zəkalar Rusiyaya axın edirdi. Peterburqda iki mövsüm çıxış zamanı əldə etdikləri qonorar onlara ömür boyu bəs edirdi. İvan Turgenev isə elitar təbəqəyə girmək üçün yaxşı "keçid" sayılırdı. Bunun sahəsində opera müğənnisinin qonorarı arta bilərdi. Turgenev opera divanisinə rus dilini öyrətməyə başladı. Bir az sonra Lui Viardo Parisə qayıtdı.

Polina Vearda

Onun əri Palinadan 20 yaş böyük idi. 1845-ci ildə Palina Parisə qayıdır. Turgenev isə onun arxasınca gedir. Ədəbiyyat mühitində artıq öz sözünü demiş yazarın savadını məhv edəcəyini düşünün yoldaşları onu fikrindən daşındırmağa çalışdılar. Lakin bu, mümkün olmur. Onun bu qərarını anası da dəstəkləmir. İspan kökənli müğənniyə nifrət bəsləyən anası onun Turgenevin yalnız pulu ilə maraqlandığını düşünürdü. Hətta oğlunu varislikdən də çıxardacağı ilə hədələyirdi. Dəli aşiqi bunların heç biri qorxutmadı. Və beləliklə o, Palina və Lui Viardonun Rusiyada səfər zamanı qazandığı qonorardan aldıqları qəsrdə məskunlaşır. Belə olduqda vəziyyət birmənalı qarşılanmır. Rus yazıçının müğənninin məşuqu olduğunu düşünənlər, üçlüyün bir evdə necə yaşayacağına bir məna verə bilmirlər. Lakin Lui çox yaxşı çıxış yolu tapır. O, Turgenevi özünün ən yaxın dostuna çevirir. Onların hər ikisi incəsənətə qiymət verir və ov etməyi sevirdilər. Deyilənə görə, Lui həyat yoldaşına o qədər inanırdı ki, onun heç bir səhv etməyəcəyinə əmin idi.

Ehtiraslı məktublar

Bunun həqiqət olduğu ilə bağlı dəqiq məlumat yoxdur. Palina qastrol səfərləri zamanı ayrı qaldığı "sevgilisi" ilə bir-birinə ehtiraslı məktublar göndərirdilər. "İndisə əllərinizi mənə verin ki, mən onları doyunca öpə bilim. Əsas da sağ əlinizi. Siz onunla yazırsız axı, elə deyilmi? Xoşbəxt olun, ən yaxşı, ən sevimlim". Turgenevə hisslərini misralara belə tökən Polina cavabında əri oxuya bilməsin deyə alman dilində sevgi dolu məktublar alırdı. "Göndərdiyiniz məktuba və gül ləçəklərinə görə təşəkkürlər. Allah xatirinə sağlam olun, mənim dodaqlarım sizin ayaqlarınızdan bir dəqiqə olsun belə ayrılmayacaq. Heç olmadığı kimi ayaqlarınız altındayam..."

Ayrılıq

Belə bir vəziyyət düz 5 il davam edir. Getdikcə hisslərinin quluna çevrilən Turgenev bununla sevdiyi qadınını sıxdığını hiss edir. Buna görə də o, Rusiyaya qayıtmağı qərara alır. Gedərkən Palinadan asılı olduğunu və bu sevginin onu ölümünə qədər izləyəcəyini anlayır. Onu məhv edən bu sevgidən azad olmaq istəyi yenidən başqa birinə aşiq edir? Yoxsa o, öz özünü aldadır? Budəfəki hədəf Feoktista (bibiqızı) adlı bir qız olur. Onu əldə etmək üçün yazıçı 700 rubl ödəyir. Doğrudan da gözəl olan qız haradasa ispan qızlarına oxşayırdı. Bədbəxt aşiq hələ də köhnə sevgilisinin cizgilərini başqalarında axtarır... Ancaq Viardonun yenidən Peterburqa konsertə gələcəyini eşidən kimi hər şeyi atıb onun yanına qaçır. Qısa görüşdən qayıdan kimi belə bir şey yazır: "Sizə hisslərimin sonunu yalnız mənim ölümüm gətirə bilər..." Lakin bundan sonra yenə reallığa qayıtmağa çalışır.

1853-cü ildə yazıçı Lev Tolstoyun 23 yaşlı qızı Mariya Nikolayevna ilə tanış olur. Mariya bilirdi ki, Turgenevə o, yalnız əvvəlki sevgisini unutmaq üçün lazımdır. Ərdə olan Mariya ciddi münasibət düşünmədiyi üçün buna önəm vermir. Ancaq sonra ona dəlilər kimi aşiq olur və hətta ərindən belə ayrılır. İvan Sergeyeviçin qəfildən alovlanan hissləri gözlənilmədən də solur. Həmin vaxtlar isə Palina Benedik şahzadəsi ilə eşq yaşayırdı. Bunu bilən "aşiq" onun təhqir dolu məktublar yazmağa başlayır. Palina isə ona mülayim cavablar göndərirdi. Sonda yumşalan yazıçı sevgilisinin yanına gedir. Birlikdə romantık bir neçə həftə keçirdikdən sonra Palinanın hamilə olduğu məlum olur. Xülasə, doğulan oğlan uşağının şahzadədən olduğu deyilir. Yazıçı yenə Avropanı tərk edir...

Bitməyən sevgi...

Viardo ilə Turgenev arasında 5 illik susqunluq yaranır. Buna baxmayaraq aralarında qırılmaz bağ olan sevgililər yenidən barışır. Palina yazıçının nikahdan kənar doğulan qız uşağını öz himayəsinə götürür. Sevgisinin sonsuz olacağını anlayan yazıçı 1860-cı ildə Baden-Badendə ev alaraq sevdiyi qadınla qonşu olur. O, dostu Afanasi Fetuya bunları etiraf edib: "O, məni çoxdan hər şeydən uzaqlaşdırıb. Mənə belə də lazımdır. Çünki mən ancaq qadın boynumdan dikdabanla keçib, üzümü çirkaba batıranda həzz alıram".
Viardo artıq oxumurdu və onlar ancaq yazıçının puluna dolanırdılar. Rusiyadan gələn gəlirdən başqa, İvan Seerqeyeviç böyük qonorarlar alırdı. Lui ona əsərlərini fransız dilinə tərcümə etməkdə və nəşriyyatla bağlı işlərdə köməklik edirdi. Bəzən bu qəribə münasibəti pozub, Rusiyaya qayıtsa da, hər dəfə yenidən geri qayıdırdı. Ölümündən bir az əvvəl dostu Anatoli Koniya bunları etiraf edib: "Qoca vaxtında qayğı gözlədiyin halda, sənə qoca itə yazıqları gəldiyi kimi davranmaqlarının nə demək olduğunu bilmirsən".

O, Palinanın qollarında vəfat etdi.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR