Onun sözlərinə görə, əgər bu, baş versə, həmin istiqrazların gəlirliliyi ilk emissiyaya nisbətən aşağı olacaq.
Şirkətin kapital bazarları üzrə məsləhətçisi Ali Ağaoğlu isə deyib ki, növbəti istiqraz emissiyası 2017-ci ildə baş tuta bilər və SOCAR istiqrazlarının daha çox investoru əhatə etməsi üçün növbəti emissiyanın məbləğinin azı 200 mln. dollar olması nəzərdə tutulub.