“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Qualcomm” şirkətinin icraçı vitse-prezidenti və texnologiyalar üzrə direktor Matt Qrobun sözlərinə görə, sınaqlar "MulteFire” texnologiyasının inkişafı və kommersiyalaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu, həmçinin “5G” çərçivəsində spektrdən birgə istifadə texnologiyasının irəliləməsində vacib mərhələdir, çünki "5G New Radio” (5G NR) texnologiyasının məqsədi lisenziyalaşdırılan, lisenziyalaşdırılmayan və ümumi spektr tezliyindən birgə istifadədir.
"MulteFire” texnologiyası ilə birgə spektrin yaxşılaşmasını "Wi-Fi” istifadəçiləri də hiss edəcək. “Qualcomm” bunu əvvəllər “LAA” texnologiyası üçün sınaqdan keçirib. Maraqlıdır ki, “MulteFire” texnologiyasının lisenziyalaşdırılmış spektrdən asılı olmaması səbəbindən ondan “IoT” şəbəkəsinə qoşulan istənilən operator və ya müəssisə yararlana biləcək.
Şirkət, həmçinin “MulteFire” üçün qlobal texniki spesifikasiyaların hazırlanması və məhsulun sertifikatlaşdırılması ilə məşğul olacaq “MulteFire Alliance” Alyansı yaradıb.
Nizam Nuriyev