SKMF Şabranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Şabranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
15:12 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, SKMF sahibkarlardan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, Fond oktyabrın 13-də Şabran rayonunda işgüzar forum keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/skmf-sabranda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR