Göyçayda çaqqallar kəndə hücum etdi

Göyçayda çaqqallar kəndə hücum etdi
16:05 18 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda kənd sakinlərinin mal-qarası və toyuq-cücəsi tez-tez canavar, çaqqal və tülkülərin hücumuna məruz qalır.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gecə rayonun Hacalıkənd kəndində sakinlərə məxsus ev quşları növbəti dəfə çaqqalların hücumuna məruz qalıb. Kənd sakinləri Yaşar SalmanovOfeliya Salmanovaya məxsus 12 baş ev quşu çaqqallar tərəfindən tələf edilib.

Çaqqallar ev sahibinə məxsus iki iti öldürüb, onlardan birini yeyiblər. Kənd sakinləri belə hadisə ilə ilk dəfə rastlaşdıqlarını deyiblər. Onlar son vaxtlar kənd ərazisində çaqqal və tülkülərin sayının xeyli artdığını, vəhşi heyvanların hücumundan qorunmaqda aciz qaldıqlarını bildiriblər.
 
Qeyd edək ki, son iki ayda Göyçay rayonunun Hacalıkənd kəndində 11 vətəndaşa məxsus 210 baş toyuq və hind quşu, 6 baş qoyun və quzu vəhşi heyvanlar tərəfindən tələf edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR