ABŞ-da kişi xəstəxanada özünü partladıb

ABŞ-da kişi xəstəxanada özünü partladıb
12:42 19 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində bir kişi özünü əldəqayırma bomba ilə partladaraq öldürüb.
"Report" NBC-yə istinadən xəbər verir ki, bunu şəhər polis idarəsinin təmsilçisi bildirib.
Məlumata görə, əlində əldəqayırma bomba tutmuş əlil arabasında oturan kişi xəstəxananın qəbul şöbəsinin qarşısında özünü partladıb. Partlayış nəticəsində xəstələr, xəstəxanaya gələnlər və tibbi heyət arasında xəsarət alan olmayıb.
Polis partlayışı intihar hadisəsi kimi qiymətləndirib.
Hadisənin baş vermə səbəbi və özünü partladan kişinin şəxsiyyəti müəyyənləşdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR