Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO

Sosial şəbəkələrdə qadın alveri: "3 qıza 60 AZN" - FOTO
14:05 19 Oktyabr 2016
1710 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sosial şəbəkələrdə açıq-aşkar qadın alveri ilə məşğul olan səhifələr fəaliyyət göstərir.  
 
Milli.Az baku.ws-ə istinadən bildirir ki, xüsusilə Instagram-da yaradılan səhifələrdə qadınlar intim münasibət təklif edirlər. Bəzi hallarda bu səhifələr masaj xidməti altında, bəzən isə açıq-aşkar şəkildə təklif olunur. 
 
Hətta translar da sosial şəbəkələrdə elanlar yerləşdirərək intim xidmət təklif edirlər. Məsələ ilə bağlı kiçik bir araşdırma apardıq və məlum oldu ki, bu cür səhifələrlə mübarizə aparmaq çox sadədir.
 
Belə ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin "Qaynar xətt" xidmətinə (tel: 152 və 562-21-12) müraciət edərək qarşılaşdığınız analoji hadisə barəsində məlumat verə bilərsiniz. Bununla da qanunsuz olaraq fəaliyyət göstərən və intim xidmətlər təklif edən səhifələrin müəyyənləşdirilərək ləğv edilməsinə yardımçı olacaqsınız. 
 
Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin "Qaynar xətt" xidməti insan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılıb.  "Qaynar xətt" xidməti həftənin bütün günləri 24 saat ərzində respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir. 

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR