Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildə YOXA ÇIXDI

Bakıya maşın almağa gələn şəxs müəmmalı şəkildə YOXA ÇIXDI
14:54 19 Oktyabr 2016
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Kürdəmir sakini itkin düşüb. Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Bağman kənd sakini, 1973-cü il təvəllüdlü Cəbrayılov Vüqar İsrail oğlu oktyabrın 13-də saat 11 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük yaşayış massivində bacısının evindən çıxıb və bir daha geri qayıtmayıb.

 

Bildirilir ki, V.Cəbrayılov Bakıya maşın almağa gəlib və üzərində 5 min manat olub. Evdən çıxarkən onun əynində göy cins şalvar, qara ayaqqabı, boz rəngli köynək və boz rəngli qolu kəsik kurtka olub.

 

Əməliyyat-axtarış tədbirləri aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR