Göyçay çayı məcrasını dəyişdi - TƏHLÜKƏ

Göyçay çayı məcrasını dəyişdi - TƏHLÜKƏ
16:57 19 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunun ərazisindən keçən Göyçay çayı məcarasını dəyişib. 

Milli.Az report-a istinadən bildirir ki, son günlər yağan güclü yağış nəticəsində yaranan sel həyatyanı səhələrə dolub və meyvə bağlarına ciddi ziyan vurub.
Göyçay çayın sağ sahilində rayonun Potu, Ulaşlışıxlı, Çərəkə kəndləri, sol sahilində isə Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndləri yerləşir. Bu, əsasən rayonun ən çox Potu, Ulaşlışıxlı, Qızılağac və Cəyirli kəndlərinə təsir edir.

Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə bəndvurma işləri aparılmasa, çayın sahilinə yaxın yerləşən evlər  sel sularının altında qala bilər: "Çayın sahilinə yaxın olan evlərdə subasma təhlükəsi yaranıb. Kənd sakinlərinə məxsus həyətyanı sahə və pay torpaqlarında əkilmiş meyvə ağacları sel sularının altında qalıb".

Göyçay Suvarma Sistemləri İdarəsinin mühəndisi Lətif Əliyev bildirib ki, indi sahil bəndvurma işlərinə başlanılıb: "Bu istiqamətdə işlər gedir və Göyçay çayının şəhər ərazisindən keçən hissəsində sahil bəndvurma işləri aparılıb. Müəyyən vaxt ərzində həmin kənd ərazisində də sahil bəndvurma işləri aparılacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR