“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb

“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb
21:02 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORt.AZ/ “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən bu il oktyabrın 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 64 008, fiziki şəxslər üzrə 16 590, hüquqi şəxslər üzrə isə 16 526 olmaqla, ümumilikdə 97 124 “elektron imza” sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
"Report"un Elektron Hökumət Portalına istinadən verdiyi xəbərə görə, bu ilin 9 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 19 892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 16 470, fiziki şəxslərin payına 772, hüquqi şəxslərin payına isə 2 650 “elektron imza” sertifikatı düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/elektron-imza-sertifikatlarinin-sayi-97-mini-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR