"Bu haqda çox düşünmək istəmirik" - Roman Qriqorçuk

"Bu haqda çox düşünmək istəmirik" -   Roman Qriqorçuk
23:17 19 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

“Bugünkü məşqimizin oyunun keçiriləcəyi stadionda olmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan sabahkı qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada keçirilsin. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik".

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə oyun öncəsi təşkil olunan mətbuat konfransıda deyib.

"Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Təkcə sabahkı qarşılaşmada deyil, keçirəcəyimiz növbəti matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. Sabah istənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq" - deyə o bildirib.

Ukraynalı mütəxəssis sabahkı matça itkilərlə çıxacaqlarını söyləyib: "Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandanın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün “Sent-Etyen” kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir".

R.Qriqorçuk “Sent-Etyen” haqda müsbət fikirdə olduğunu vurğulayıb: "Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin”. 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-haqda-cox-duunmk-istmirikquot-t53461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR