Rusiya Marsa robot endirdi (FOTO)

Rusiya Marsa robot endirdi (FOTO)
04:18 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropa Kosmik Agentliyi (ESA) Rusiyanın birgə layihəsi olan robot Marsa enib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Schiaparelli robotu Yerdən 500 milyon kilometr uzaqlaşdıqdan sonra riskli eniş edib. ESA bu planetdə çox bahalı roverin yerləşdirilməsini planlaşdırır.

Bu altı-təkərli nəqliyyat vasitəsi həyat axtarışı üçün planetin səthində qazıntı aparacaq. Kiçik Schiaparelli robotunun enişi asan məsələ olmalıdır, amma elmi hesablamalar göstərir ki, Mars ən müasir texnika üçün belə uyğun yer deyil.

Yerin bu yaxın qonşusuna göndərilən missiyaların təxminən yarısı uğurlu ola bilməyib. Onlardan bir çoxu yolda yoxa çıxıb ya da hədəfdən yayınıblar.

600 kiloluq robot Bakı vaxtilə saat 17.58-də Marsa enib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR