“ASAN xidmət”də 12 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb

“ASAN xidmət”də 12 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb
11:32 20 Oktyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “ASAN xidmət” Mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 12 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.
“Report” xəbər verir ki, bu müraciəti Baham adaları Birliyinin vətəndaşı və "ADA" Universitetinin tələbəsi Cordan Haçeson 5 saylı “ASAN xidmət” mərkəzinə edib.
C.Haçeson Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə müraciəti Daxili İşlər Nazirliyinin həyata keçirdiyi məhkumluq barədə arayışların verilməsi xidməti ilə bağlı olub. 
Bu sənəd hazırda Azərbaycanda “ADA” Universitetində təhsil alan Cordan Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub.
Belə ki, bir çox dövlətlərin daxili qanunvericiliyinə əsasən, həmin ölkədə yaşamaq icazəsinin alınması, əmək fəaliyyəti ilə məşğul olunması, təhsil alınması kimi hallarda əcnəbi şəxsdən uzun müddət yaşadığı ölkədə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı arayış tələb olunur.
Oktyabrın 20-də Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində müvafiq arayış C.Haçesona təqdim olunub. O, həmçinin “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, hazırda “ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-ə yaxın xidmət göstərilir. Göstərilən xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR