Obamanı təhqir etdi və ABŞ-la vidalaşdı

Obamanı təhqir etdi və ABŞ-la vidalaşdı
11:33 20 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodriqo Duterte Çinə səfəri zamanı Amerika prezidenti Barak Obamanı yenidən “gəzəyənin oğlu” adlandırıb.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda “Channel News Asia” bildirib.

Prezident deyib ki, artıq ölkəsi üçün ABŞ-la vidalaşmaq vaxtı çatıb. Dövlət başçısı ABŞ-la ittifaqın Filippinlərə az xeyir gətirdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlara səfər etmək niyyətində deyil, çünki onu orada təhqirlər gözləyir. Dutertenin sözlərinə görə, Qərb Filippinə xarici siyasət kursunu diktə edir.

Daha əvvəl – oktyabrın 4-də Filippin lideri bildirib ki, Amerika ilə münasibətləri kəsmək və Rusiya ilə Çindən silah almaq niyyətindədir. Duterte sentyabrda deyib ki, bu il ölkənin xarici siyasətinin müstəqilliyini nümayiş etdirmək üçün Moskva və Pekinə səfər edəcək.

Xatıqladaq ki, iyun ayında prezident seçilən Duterte Qərb siyasilərinin ünvanına tez-tez təhqir xarakterli bəyanatlar səsləndirir. O, sentyabrın əvvəlində Obamanı “gəzəyənin oğlu” adlandırmış, lakin sonradan buna görə üzr istəmişdi.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR