Baham Adalarının vətəndaşı “ASAN Xidmət” üçün tarix yazdı

Baham Adalarının vətəndaşı “ASAN Xidmət” üçün tarix yazdı
12:43 20 Oktyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

“ASAN Xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb.

Publika.az xəbər verir ki, “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Baham Adaları Birliyinin vətəndaşı və ADA Universitetinin tələbəsi Cordan Haçesonun “ASAN Xidmət” mərkəzinə müraciəti 12 milyonuncu müraciət kimi qeydə alındığını bildirib.

O deyib ki, C.Haçeson “ASAN Xidmət”ə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciət edib: “Sənəd Azərbaycanda təhsil alan Cordan Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub”.

Bu gün 5 saylı “ASAN Xidmət” mərkəzində müvafiq arayış C. Haçesona təqdim edilib. C. Haçeson xidmət tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR