Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb

Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb
14:59 20 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Səhiyyə Naziri Oqtay Şirəliyevin əmri ilə regionlarda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrin yaradılmasında məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir.

Artıq Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvan şəhərlərində psixi sağlamlıq bölmələri yaradılıb, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən, həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar treninqlərə cəlb olunublar. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə pilot layihə çərçivəsində 2016-cı ilin yaz aylarında Lənkəranda çalışan mütəxəssislər üçün ARSN-nin Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən treninq aparılıb.


Cari ilin iyun-iyul aylarında Lənkəran, Sumqayıt və Gəncə şəhərlərinin mütəxəssisləri üçün Psixi Sağlamlıq Mərkəzində təşkil edilmiş treninq və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin həyata keçirilməsi, yeni yanaşmalar və üsullara yiyələnməyi öyrənib.

 

Daha sonra Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri üçün növbəti treninq keçirilib ki, burda da autizm spektrli pozuntuları olan uşaqlara psixososial müdaxilələr, multidissiplinar komanda fəaliyyətinin təşkili, autizmli uşaqların ailələri ilə iş prinsipləri, uşaq və yeniyetmələrdə nitq və danışıq vərdişləri və s. mövzular interaktiv şəkildə müzakirə edilib. Eyni zamanda treninq iştirakçılarının Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri ilə bir yerdə işləyərək təcrübə qazanmaq imkanları da olub.
 

Treninq nəticəsində iştirakçılar müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxilələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək və dəstəkləmək kimi xüsusiyyətlərə yiyələnəcəklər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR