Vergi Apellyasiya Şurası son 3 ayda müraciətlərin 11%-ni təmin etməyib

Vergi Apellyasiya Şurası son 3 ayda müraciətlərin 11%-ni təmin etməyib
16:32 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin III rübündə Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olub. 
Nazirlikdən “Report”a verilən məlumata görə, 3 vergi ödəyicisi üzrə 3 müraciət bu ilin II rübündən  qalıb, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə III rübdə daxil olub.
Şuranın icraatına daxil olan müraciətlərdən 7 vergi ödəyicisi üzrə 9 müraciət kameral vergi yoxlamasının, 9 vergi ödəyicisi üzrə 12 müraciət səyyar vergi yoxlamasının, 4 vergi ödəyicisi üzrə 8 müraciət operativ vergi nəzarətinin nəticələri, 2 vergi ödəyicisi üzrə 6 müraciət artıq ödənilmiş vergilərin qaytarılması, 1 vergi ödəyicisi üzrə 1 müraciət xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri ilə bağlı olub, 8 vergi ödəyicisi üzrə 10 müraciət isə 1 oktyabr 2016-cı il tarixinə qalıb:
“Şuranın icraatında olan müraciətlərin hər biri üzrə Şuranın Katibliyi tərəfindən bütün lazımi materiallar toplanıb, Şura üzvlərinin rəyləri alınıb, Şuranın sədri ilə razılaşdırılmaqla iclaslar təyin edilmiş, qeyd olunan iclaslarda maraqlı şəxslərin iştirakı təmin edilib və müraciətlər üzrə inzibati araşdırmanın nəticəsi olaraq Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” qanunun, “Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun qərarlar qəbul edilib”.
Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 36 müraciətin 13-ü tam və ya qismən təmin edilib, 4-ü təmin edilməyib, 1-inin icraatına xitam verilib, 8-i üzrə ödəyicilərə izahedici məktublar göndərilib, 10 müraciət üzrə inzibati araşdırmanın müddəti növbəti rübə keçib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergi-apellyasiya-surasi-son-3-ayda-muracietlerin-11-ni-temin-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR