Bilik Fondunda "Nağıllar" toplusunun təqdimatı keçirilib

Bilik Fondunda "Nağıllar" toplusunun təqdimatı keçirilib
17:27 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumda istehsalat təcrübəsi keçən tələbələrin ingilis dilinə tərcümə etdikləri "Nağıllar" toplusunun təqdimatı keçirilib.
Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Fondun təşəbbüsü və dəstəyi ilə dərc olunan jurnalda nağıllara çəkilən illüstrasiyaların müəllifləri Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarıdır.
Təqdimat mərasimində uşaq yazarı Sevinc Nuruqızı, Dövlət Uşaq Filarmoniyasının direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Firudin bəy Köçərli adına Dövlət Uşaq Kitabxanasının əməkdaşları, təcrübəçi tələbələrin təhsil aldıqları Dövlət Dillər Universitetinin, Avrasiya Universitetinin müəllimləri, Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Jurnaldan orta məktəblərdə, ingilis dili kurslarında dərs vəsaiti kimi yararlanmaq olar. Nəşrin Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı Bilik evlərinə göndərilməsi, ölkədə fəaliyyət göstərən uşaq kitabxanalarına, bir sıra məktəblərə paylanması nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR