Bakıda küçə ilə gedən qız küt alətlə döyülüb

Bakıda küçə ilə gedən qız küt alətlə döyülüb
17:57 20 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı şəhərində küçə ilə hərəkət edən qız tanımadığı şəxs tərəfindən döyülüb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
1988-ci il təvvəllüdlü Gözəlova Ramilə Rahib qızı Bəşir Bünyadov küçəsi ilə yaşadığı evə doğru gedirmiş. Bu zaman o, tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun qarın nahiyəsinə küt alətlə zərbə vuraraq ərazidən uzaqlaşıb.  R.Gözəlova təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-kuce-ile-geden-qiz-kut-aletle-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR