Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə ağır itki

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə ağır itki
20:18 20 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Salman Mümtaz adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Arxivinin direktoru, ədəbiyyatşünas, publisist Maarif Teymurov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Bu barədə PrimeTime.Az-a Ədəbiyyat və İncəsənət Arxivindən məlumat verilib. Arxivin səlahiyyətli nümayəndəsinin sözlərinə görə, əslində Maarif Teymurov oktyabrın 10-da vəfat edib. Lakin onun dünyasını dəyişməsi ilə bağlı KİV-də ətraflı məlumat yayılmayıb. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış ədəbiyyatşünas oktyabrın 11-də Masallı rayonunun Ərkivan kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Maarif Teymurov 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olub. On bir illik orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlayıb. Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil alıb.

Daha sonra Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirib. 1966-cı ildən Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini olub. 1987-ci ildən ömrünün sonuna qədər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru vəzifəsində çalışıb. İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış edib.

C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, M.Ə.Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında tapıntı və məlumatlarını dövri mətbuatda müntəzəm dərc etdirib. Onlar barədə televiziya və radio verilişləri hazırlayıb, sərgi və xatirə gecələri təşkil edib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır. Almas İldırımın şeirlərini toplayıb, tərtib və nəşr etdirib, bununla yanaşı onun haqqında tədqiqat əsəri yazıb. Bu il Maarif Teymurovun 70 yaşı tamam olub. Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR