Bakı. 21 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Maliyyə Nazirliyinin Audit və Mühasibat Uçotunun Metodologiyası Departamentinin direktoru Arman Bekturova MDB İcraiyyə Komitəsi yanında Əlaqələndirmə Şurasının Astanada keçirilən XIII iclasında aparılan səsvermə nəticəsində Şuranın sədri seçilib.
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onun namizədliyi səs çoxluğu ilə dəstəklənib. İclasda Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Rusiya və Özbəkistan nümayəndələri iştirak edib.
Hazırda Şuranın işi MDB-nin iştirakçı ölkələrində mühasibat uçotu və auditor fəaliyyətinin tənzimlənməsinə dair təxmini ümumi tələblərin hazırlanmasına cəmlənib.