Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana gəlmək tarixi məlum olub

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana gəlmək tarixi məlum olub
14:37 21 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfərinin detalları məlum olub.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfər oktyabrın 25-də reallaşacaq və 3 gün davam edəcək.
H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüş keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR