Azərbaycanda mobil nömrə daşınması xidmətindən istifadə edənlərin sayı açıqlanıb

16:32 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:28 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı sürətlə artır.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin 1 fevralından etibarən göstərilməyə başlanılan xidmətdən indiyədək 12 mindən çox abunəçi istifadə edib.

 

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.

 

Eyni zamanda qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR