Bu gün qonşusunu münaqişə zəminində döyməkdə təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona 2 il müddətinə sınaq müddəti olmaqla şərti cəza verilib. Rövşən Ağamalızadə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb.