Çempionu yerə sərən, qızılı kartofa qatan, jurnalisti kəbin kəsən gədəbəylilər

Çempionu yerə sərən, qızılı kartofa qatan, jurnalisti kəbin kəsən gədəbəylilər
18:03 21 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu dəfə yolumuz Azərbaycanın ən səfalı bölgələrindən biri olan Gədəbəyədir. Yeraltı və yerüstü sərvətləri ilə cənnəti xatırladan Gədəbəyi vaxtilə əcnəbi məşhurlar da vəsf edib.

1889-1892-ci illərdə xatirələrini qələmə alan məşhur Verner fon Simens “Ömür xatirələri” adlı əsərində XIX əsrin ikinci yarısında üç dəfə - 1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə səfərlərindən yazıb. Qardaşları Karl və Valterlə birlikdə 1864-cü ildə Gədəbəydə mis mədənini alan məşhur Gədəbəyi “cənnət məkan” adlandırıb.

Publika.az-ın “Haralısan” layihəsində gözəl təbiəti, comərd insanları, zəngin sərvətləri ilə məşhur olan Gədəbəydən bu dəfə Gədəbəydən olan məşhurlar danışacaq..

“Orada elə kədərli xatirələrim var ki, min dənə…”

Dəmir Gədəbəyli, şair:

- Məni danışdırmaqdansa, şeirlərimi oxuyun. Şeirlərim sizə Gədəbəy haqqında məndən də gözəl məlumat verəcək. Gədəbəyin hər daşı bir igiddir. Torpağı üçün canından keçməyə hazır olan igidlər obası Gədəbəylə bağlı o qədər xatirələrim var, bilmirəm hansını danışım. Gədəbəy camaatı qədim oğuz elinin adət-ənənəsini bu gün də yaşadır. Oğuz elinə xas bütün xüsusiyyətlər, qonaqpərvərlik, comərdlik, döyüşkənlik - hamısı gədəbəylilərdə var. Gədəbəydə atdığım hər addım mənə ilham verib, bir şeir yaranıb. Orada elə kədərli xatirələrim var ki, min dənə gözəl xatirənin üstündən xətt çəkib. Orada dünyada mənə hamıdan əziz olan atamı itirmişəm, anamın itkisinin dəhşətini yaşamışam.

Bu gün Gədəbəyin girəcəyindəki Xar-xar kəndindən düz Şınıx kəndinin qurtaracağına qədər hər bir kənd üçün burnumun ucu göynəyir. Mənim sözlərimə Elza İbrahimovanın bəstələdiyi “Sən yadıma düşəndə” mahnısını dinləyin, orada Gədəbəylə bağlı nə qədər xatirə danışacağamsa, hamısından xəbərdar olacaqsınız. Yox, ilk görüş, ilk sevgimi xatırlamıram. Çünki mən həyatım boyu heç kimi sevməmişəm.

“Əlimizdə yasəmən budaqları, çiynimizdə toxunma çantalar”

AYB-in Dramaturgiya şöbəsinin rəhbəri, yazıçı-dramaturq Firuz Mustafa:

- Gədəbəy sözü “gədə” və “bəy” sözlərinin birləşməsindən yaranıb. Gədəbəydə qədim türk tayfaları yaşayıb. “Get” və “bək” sözündən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də mövcuddur.

Qədim türklərdə get sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qaravulxana, keşikçi, gözətçi məntəqələri olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayətlər mövcuddur.

Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” adlı əsərində Gədəbəy əyalətinin adını “Getabəy” kimi işlədib.

Ehtimal edirlər ki, bu söz sonradan deformasiyaya uğrayaraq, Gədəbəyə çevrilib. Bu söz qədim türklərdə böyük, qüdrətli adam mənasını verir. Şınıx haqqında da danışmaq istəyirəm. Əslində “Şınıx” adlanan yaşayış məntəqəsi Gədəbəy rayonunun adi, kiçik kəndlərindən biridir. Lakin buna baxmayaraq, həmin kəndin əhatəsindəki digər kiçik və ya böyük yaşayış məskənləri də çox vaxt, elə bu kəndin adıyla “Şınıx” deyə çağırırlar. Bundan başqa, Şınıxa xalq arasında “Şınıxdərə”, “Şınıx eli”, “Şınıx mahalı”, “Şınıx zonası” da deyirlər. Dediyimiz odur ki, Şınıx ərazi və əhalı resursu baxımından kiçik bir yer olsa da, öz əhatə dairəsi ilə birgə götürdükdə rayonun mühüm strateji və təsərrüfat zonalarından biri hesab olunur. Şınıx təkcə Azərbaycanın deyil, mübaliğəsiz demək olar ki, bütün Qafqazın ən səfalı, mənzərəli məkanlarından biridir. Bu yerlər, öz yeraltı sərvətlərinin zənginliyinə görə də diqqəti cəlb etməkdədir. Burada mineral bulaqların sayı-hesabı isə yoxdur.

XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filiz yataqları kəşf edilib, 1855-1856-ci illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib.

Daha sonra həmin zavod Almaniyanın “Simens” şirkəti tərəfindən alınaraq 1865-ci ildə yenidən qurulub. “Simens” şirkəti tərəfindən 1883-ci ildə Qalakənd misəritmə zavodu tikilib, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilib. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Car Rusiyası Ərazisində ilk su elektrik stansiyası tikilib, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilib. Bu zaman London, Paris, Sankt-Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi.

Bir xatirə də danışım: İlk dərs günü yaxşı xatirimdədir. Ucqar Gədəbəy rayonunun ucqar dağ kəndi - İsalı. Əlimizdə yasəmən budaqları, çiynimizdə toxunma çantalar… Əvvəlcə hamımız məktəbin qarşısında toplandıq. Müəllimlər yüngülvari çıxış etdilər. Sonra siniflərə bölündük. Mən 1 A sinfinə düşdüm. Müəllimimiz, sinif rəhbərimiz Yaqub müəllim idi. O, ayağının birini müharibədə itirmişdi. Qoltuqağacı ilə gəzirdi. Çox mülayim, mehriban, səmimi, səbirli bir adam idi. Uşaqlar çox səs-küy edəndə əsasını yüngülcə tərpədərdi. Özümüzü yığışdırardıq. Biz də onun xətrini çox istəyirdik. Sonralar müəllimlərimiz və siniflərimiz dəyişdi. Amma ilk müəllim və ilk dərs günü daim yaddaşımdadır”.

“Çempiona deyir ki, ə, nə dağ keçisi kimi atlanıb-düşürsən”

Aşıq Namiq Fərhadoğlu:

- Gədəbəy kartofuyla, mineral sularıyla, qızıl yataqlarıyla, gözəl təbiəti ilə məşhurdur. Doğulduğum Əmiraslanlı kəndində Mədən adlı bir dağ var, el arasında ziyarətgah kimi tanınır. O dağın başından bütün Göyçə mahalı, Qərbi Azərbaycan görünür. O dağla bağlı çoxlu inanclar var. Bir dəfə kimsə içkili vəziyyətdə ziyarətgaha gedirmiş, yolda qəza keçirib ölüb. O dağda qədim zağalar var ki, vaxtilə yağışdan qorunmaq üçün insanlar o zağalarda gizlənirmiş. Gədəbəy camaatı bir çox xüsusiyyətləri ilə başqa bölgələrdən fərqlənir. Sözü üzə qırmızı deyirlər. Mən özüm vəzifəsindən asılı olmayaraq istənilən adama sözümü deyirəm və lazım gələrsə, həmin adamı pərt edirəm.

Gədəbəylilərlə bağlı iki lətifə danışım: Bir gədəbəyli Gəncəyə kartof satmağa gedir. Yolda görür ki, qaçhaqaçdır. Soruşur ki, nə olub, deyirlər çempion gəlib, güləşəcək, ona baxmağa gedirik. Gədəbəyli də gəlir həmin yerə, deyir ki, mən o çempionla güləşib, kürəyini yerə vuraram. İnanmırlar, deyirlər ki, a kişi, get kartofunu sat. Kişi dirəşir ki, yox e, məni yaxşı yedizdirin-içirin, görün o çempionu necə əzişdirərəm. Kişini yaxşı yedizdirirlər, rinqə çıxır, çempiona deyir ki, ə, nə dağ keçisi kimi atlanıb-düşürsən, yaxına gəl, gör səni necə yerə sərirəm. Elə bir həmləylə çempionun kürəyini yerə vurur.

Bir dəfə bir gədəbəyli arvadı ilə Bakıya kartof gətirirlər satmağa. Yolda QAİ işçiləri onu saxlayır ki, cərimən var, verməlisən. Kişi deyir, kartofu satandan sonra qayıdanda verərəm. Elə olur ki, bunlar kartofun puluna bazarlıq, qızlarına cehizlik alırlar, pulları qalmır. Polis kişiyə deyir ki, nə oldu pulu verirsən? Kişi arvadına deyir ki, indi neyləyək, polis pulu istəyir. Arvad deyir ki, get onu şərlə. Kişi gəlib özünü yerə çırpır, soruşurlar ki, nə olub, deyir ki, nə olacaq, polis məndən 50 manat alıb, indi də deyir bir əllilik də verməlisən. QAİ işçisi yazıq deyir ki, a kişi, çıx get, şərini məndən uzaq elə. Gədəbəydə bu lətifəni hərdən istifadə edirlər, deyirlər, 50 verdim, 50 - də istəyirəm.

"Qızın atası gələnə kimi, bibim yaxamdan yapışdı ki...”

Əziz Əlibəyli, jurnalist:

- Divarlar çat, kənd evlərinin darvazaları dəlik-deşik, əksər gənclərin barmaqları yox, gözləri zədələnmiş. Dünyada uşaqlar oyuncaqlarla məşğul olanda, bunları oyuncağı avtomat, pulemyot gülləsi, qumbara açarı...

Doqqaza yığılmış ağsaqqalların əllərində təsbeh, amma dənələri bədəni kəsilmiş güllə pistonlarından ibarət, alışqanları isə səthi özü yanan “traser” güllənin örtüyüdür.

Xatirələr necə də xoşdur: Danış-danış bitməz, axı bura Azərbaycanın düşməndən torpaq alan yeganə rayonudur.

Hər evdə bir tüfəng, yanında da asılmış saz.

Azərbaycanı axtarsan, bu qədər spesifik yer tapmaq mümkün deyil.

Hansısa evin məhəlləsindən keçəndə “Baş sarıtel”in ah-naləsi dünyanı başına götürür:

“Mən gəldim ki, məlhəm eylə,

Səndə dərman bilə-bilə.

Bax, gedirəm, innən belə

Nə bilirsən elə, dağlar”.

Bura Gədəbəydir...

Bizim uşaqlığımız sovetin dağılan vaxtında düşmüşdü, bir tərəfdən də müharibə, nə düz-əməlli dilinə sahib çıxa bilirdin, nə də müsəlmançılıq vardı.

O zamanlar kəndə Cəlilabaddan bir axund gəlmişdi. Atam məni bunun yanına dərs almağa göndərdi. Quranı başa vurdum, keçdim dua yazmağa, orda elə bir ab-hava vardı ki, kənd yeridir da, pul işləmirdi, filan duaya bu qədər pendir, yağ, yumurta, beçə verirdilər.

Bibioğlu sevdiyi qızı qaçırdıb, bizə pənah gətirdi.

Bunlar qaçıb dama çıxdılar. Qızın atası gələnə kimi, bibim yaxamdan yapışdı ki, kəs, bunların kəbinini. Neynim - necə edim, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərində Xudayar bəyin nikah səhnəsi var: kiril əlifbası ilə yazılıb, götürdüm bunu höccələyə-höccələyə ərəb əlifbasına çevirib, yazdım ki, “Bu kəbini təsdiq etdi, Çobankənd kəndinin qazısı Kəblə Əziz”. Təbii, Zarafat idi, amma bu, mənə “baha” başa gəldi. Başladılar bütün gün adına məclislərinə, nikahlara dəvət etməyə.

Mollalıqdan qazandıqlarım pullar ilə özümün bütün kitablarımı ala bildim. O zaman bu hər ailənin bacara biləcəyi bir iş deyildi.

İlyas Tapdığın Gədəbəyi vəsf edən misraları…

Tannımış şair İlyas Tapdığın Gədəbəy haqqında xatirələrini bölüşə bilmədik. Dəfələrlə zəng edib, əlaqə saxlamaq istəsək də, qızı Şəbnəm Tapdıq bizə şərait yaratmadı. Ona görə də şairin gözəl misralarını danışdırmalı olduq:

Bu taydan o taya yüz bulağı var,

“Cüyür bulağı” var, “Qız bulağı” var,

“Soyuq bulağı” var, “Buz bulağı” var,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

Çəmən uşaqların çay yığıncağı,

Çataq ulduzların Ay yığıncağı,

Sazlı-balabanlı yay yığıncağı,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

Qarılar iş görür - qeyrətə gəlir,

Şəhərli qonaqlar heyrətə gəlir...

Cüyür də, buzov da həyətə gəlir,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

Şəlalə qayada, qartal göydədi,

Könül təlatümdə, ömür küydədi.

İlyasın burnunun ucu göynədi,

İndi Gədəbəyin yaxşı vaxtıdır.

…Özümə gəlincə, Gədəbəydə olmamışam. İylas Tapdığın bu gözəl misralarını oxuyandan sonra isə Gədəbəydə olmadığıma görə lap peşmanladım. Qismət olar, gələn yay gedərəm. Gədəbəydə olmasam da, gədəbəyliləri azdan-çoxdan tanıyıram. Nə vaxtsa qonşularımız, iş yoldaşlarım olub. Gədəbəy camaatı saf, dürüst və səmimi olurlar. Bu da yəqin yaşadıqları bölgənin təbiəti, havası, suyuyla bağlıdır. Dağ adamları saf olur axı. Amma saf olduqları qədər də qaya kimi sərtdirlər. Mən deyərdim ki, kinlidirlər. Əlbəttə bu, mənim tanıdıqlarımdan görüb, bildiklərimdir.

Cəvahir Səlimqızı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı tətbiq edildi

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09

Düsseldorfda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümü qeyd olunub

25 Sentyabr 2017 20:07

Müharibə XƏBƏRDARLIĞI, işğalın yeni DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

25 Sentyabr 2017 20:03

Azərbaycanda qorxunc xəbər dolaşır -

25 Sentyabr 2017 20:02

ABŞ-ın strateji bombardmançıları vurulacaq - TƏHDİD

25 Sentyabr 2017 19:53

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib

25 Sentyabr 2017 19:42

Naxçıvanı “Böyük Kürdüstan” ərazisi kimi təqdim edən kanal cəzalandırıldı - VİDEO

25 Sentyabr 2017 19:38

Səmada yaranan görüntü insanları təşvişə saldı -

25 Sentyabr 2017 19:38

Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı

25 Sentyabr 2017 19:29

Paytaxtda “Turizm həftəsi”nə start verilir

25 Sentyabr 2017 19:28

Gürcüstanda neft çəni partlayıb, yanğın olub

25 Sentyabr 2017 19:24

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 19:22

“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

25 Sentyabr 2017 19:17

VIDEO: Tanınmış modelin dərisi soyuldu, qulağı kəsildi, bütün qanı axıdıldı -

25 Sentyabr 2017 19:16

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

25 Sentyabr 2017 19:13

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29