İranlı hərbçilər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində - FOTO

İranlı hərbçilər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində - FOTO
20:42 21 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının ölkəmizdə dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin şəxsi heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib.

Sonra qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib. İran nümayəndə heyəti hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR